DİN vətəndaşlara müraciət etdi
Daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti cəbhəboyu zonada hərbi vəziyyətin təmin edilməsi ilə bağlı mühüm vəzifələri yerinə yetirir.
16 Oktyabr 2020 15:37 SosialDaxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti cəbhəboyu zonada hərbi vəziyyətin təmin edilməsi ilə bağlı mühüm vəzifələri yerinə yetirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumatda vətəndaşlara müraciət ünvanlanıb: "Xain düşmənin dinc yaşayış məntəqələrimizdə təxribatlar, terror aktları törətmək niyyətini bir an belə unutmamalıyıq, daim sayıq olmalıyıq. Ölkəmizdə təhlükəsizliyin qorunması işinə öz töhfəmizi verməklə asayişi təmin edən dövlət orqanlarının yaxın köməkçisinə çevrilək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31