Koronavirusa qarşı yeni effektli dərman tapıldı
Honqkonq Universitetinin alimləri COVİD-19-un müalicəsi üçün yeni antiviral strategiya tapıblar.
16 Oktyabr 2020 14:03 SosialHonqkonq Universitetinin alimləri COVİD-19-un müalicəsi üçün yeni antiviral strategiya tapıblar.
"Nature Microbiology" nəşrində bu barədə qeyd edilir.
Tədqiqatçılar bildirirlər ki, xoralara qarşı istifadə olunan Ranitidine Bizmut Sitrat (RBC) dərmanı SARS-CoV-2-yə qarşı da təsirlidir.
RBC virusun təkrarlanması üçün lazım olan protein helicase Nsp13-ü hədəf alır. O, sink ionlarını xaric edir, helikazın fəaliyyətinə təzyiq göstərir.
Dərmanın SARS-CoV-2 ilə yoluxmuş hüceyrələrdə virus yükünü 1000 dəfədən çox azaltdığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31