Koronavirusun aşkarlanması üçün ən etibarlı üsul Açıqlandı

COVID-19-un aşkarlanması üçün ən etibarlı üsul “Polimeraz zəncir reaksiyası” (PZR) testidir.

COVID-19-un aşkarlanması üçün ən etibarlı üsul "Polimeraz zəncir reaksiyası" (PZR) testidir.

"RİA Novosti"nin məlumatına görə, bu barədə "Rospotrebnadzor" (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun Molekulyar Diaqnostika Mərkəzinin mütəxəssisi Mixail Lebedev bildirib.

Onun sözlərinə görə, bəzən koronavirus testinin cavabları səhv olur:

"Buna görə (koronavirusu - red.) yalnız birbaşa metodla öyrənə bilərsiniz. Birbaşa üsul isə PZR-dir", - deyə o bildirib.

Mütəxəssisin sözlərinə görə, epidemioloji tədqiqatlar üçün sürətli testlər də əlverişlidir, lakin onlar infeksiyanın varlığına işarə edən "immunoqlobulin M"in mövcudluğunu hər zaman aşkar edə bilmirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31