Erməniləri dəstəkləyən yazıçı Elif Şafak kimdir? - DOSYE

 



Xəbər verdiyimiz kimi, Azərbaycanda çoxsaylı oxucusu olan və kitabları şəhərin bütün kitab mağazalarında satılan məşhur türk yazıçı Elif Şafak şəxsi "Twitter" hesabından Ermənistana dəstək məqsədli paylaşım edib.

Erməni müğənni Simon Mağakyanın Şuşa kilsəsindəki ifasını paylaşan Şafak HDP-nin erməni əsilli deputatına təşəkkür edib.

Erməniləri dəstəkləyən yazıçı Elif Şafak kimdir? - DOSYE

Elif Şafakın bu addımı azərbaycanlı oxucular tərəfindən etirazla qarşılanıb. Artıq Azərbaycanın bir çox kitab mağazaları ona qarşı boykot elan edib, "Libraff", "BookZone", "Kitabevim.az", "Libraff" və "Ovod" mağazalarının bütün filialları Elif Şafakın kitablarının həm satışını, həm də tərcümələrini dayandırıblar. Bu barədə mağazalar sosial şəbəkələrdəki hesablarında məlumat yayıblar.

Bəs onun türkçülüyü təhqir etdiyi romanına görə məhkəməyə verildiyini və gey və lesbiyanların hüquqlarını müdafiə etdiyini bilirdinizmi?

BiG.AZ Elif Şafak haqqında və həmin roman barəsində oxucuları məlumatlandırmaq istəyir.

Elif Şafak kimdir?


Erməniləri dəstəkləyən yazıçı Elif Şafak kimdir? - DOSYE

İngilis-türk yazarı olan Elif Şafak 25 oktyabr 1971-ci ildə Fransanın Strasburq şəhərində anadan olub. Atası Nuri Bilgin, anası Şafak Ataymandır. O, uşaq olarkən valideynləri boşanıb və anası Elifi tək böyüdüb. Anası diplomat olduğu üçün uşaqlıq və gənclik illərini müxtəlif ölkələrdə keçirib. Ankaradakı Kubilay İbtidai məktəbində təhsilinə başlayan Şafak orta məktəbə Madriddə gedib, lisey təhsilini isə Ankara Atatürk Anadolu Liseyində alıb. Ali təhsilini Orta Şərq Texniki Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində başa vurub. Eyni universitetdə magistr və doktorantura təhsilini alıb.

Erməniləri dəstəkləyən yazıçı Elif Şafak kimdir? - DOSYE

2003-2004 tədris ili ərzində Michigan Universitetində dosent olaraq mühazirələr oxuyub. Hazırda Arizona Universitetində Yaxın Şərq Araşdırmaları dosentidir. "Ədəbiyyat və sürgün", "Yaddaş və siyasət", "Müsəlman dünyasında cinsəllik və ictimai cinsiyyət" mövzusunda mühazirələr oxuyur və Türkiyədə gündəlik və aylıq müxtəlif nəşrlər üçün yazmağa davam edir.

Erməniləri dəstəkləyən yazıçı Elif Şafak kimdir? - DOSYE

"Referans" qəzetinin baş redaktoru Əyyub Can Sağlıkla ailə quran Şafakın 2006-cı ildə Şehrazat Zelda adlı qızı dünyaya gəlib.

Erməniləri dəstəkləyən yazıçı Elif Şafak kimdir? - DOSYE

Elif Şafak 2005-2009-cu illərdə "Zaman" qəzetində yazıçı olaraq işləyib.

Türk və ingilis dillərində yazan Şafakın 11-i roman olmaqla 18 kitabı nəşr olunub. Əsərləri 54 dilə tərcümə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31