Avstraliyada yaşayan soydaşlarımız bu ölkənin təhlükəsizlik orqanlarına müraciət edib
Avstraliyada yaşayan soydaşlarımız bu ölkənin təhlükəsizlik orqanlarına müraciət edib. “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan-Avstraliya Assosiyasının (AAA) prezidenti Mikayıl Oytanın imzası ilə bu ölkənin təhlükəsizlik orqanlarına ünvanlanan məktubda erməni lobbisinin Azərbaycanın işğal olunmuş ərazilərində terrorçu qüvvələri maliyyəşdirməsindən bəhs olunub.
14 Oktyabr 2020 12:48 SosialAvstraliyada yaşayan soydaşlarımız bu ölkənin təhlükəsizlik orqanlarına müraciət edib. "OLAYLAR"-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan-Avstraliya Assosiyasının (AAA) prezidenti Mikayıl Oytanın imzası ilə bu ölkənin təhlükəsizlik orqanlarına ünvanlanan məktubda erməni lobbisinin Azərbaycanın işğal olunmuş ərazilərində terrorçu qüvvələri maliyyəşdirməsindən bəhs olunub.
Məktubda qeyd edilib ki, "Homenetmen Ararat" və "Hamazkaine Təhsil və Mədəniyyət Cəmiyyəti" terrorizmi dəstəkləmək üçün vəsait toplayır. "Onlar "Banağımıza (ordumuza) kömək edək" adı altında Facebook səhifələrindəki paylaşımlarında 119.000 dollar topladıqlarını iddia edirlər. Vəsaitin Azərbaycanın qanuni ərazisi olan Dağlıq Qarabağ üçün toplanıldığı bildirilir".
Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında müharibə getdiyi, suriyalı döyüşçülərin və PKK terror təşkilatı üzvlərinin erməni muzdluları ilə birlikdə Azərbaycana qarşı bu müharibədə iştirak etdiyi bildirilir.
Məktub müəllifi nəzərə çatdırıb ki, erməni lobbisinin topladığı vəsait məhz BMT-nin 4 qətnaməsinə zidd olaraq Azərbaycan ərazilərini indiyədək işğalda saxlayan Ermənistanın müharibəyə cəlb etdiyi xarici terrorçuları dəstəkləmək üçündür. "Bu toplanan vəsait xeyriyyə məqsədləri üçün deyil, Azərbaycanın mülki əhalisinə qarşı təcavüz və terror törədən qanunsuz hərbi birləşmələrin dəstəklənməsinə sərf olunacaq".
Soydaşımız təhlükəsizlik orqanlarını bu faktların yoxlanılmasına və terrorçu dəstələrin uzaq və sülhpərvər Avstraliyadan maliyyələşməsinin qarşısını almağa çağırıb.
Azərbaycanda yaşayan ermənilər nə üçün Ermənistana etiraz etmirlər?
Süleyman("OLAYLAR") "Azərbaycanda hazırda 20-30 min erməni və ya erməni əslli yaşayır. Bəzi məlumatlara görə isə onların sayı daha da çoxdur. Çox maraqlıdır ki, bu şəxslər Ermənistan tərəfindən yaşadıqları Azərbaycana, onun ərazisinə və dinc əhalisinə qarşı edilən təxribatlara terrora və vəhşiliklərə heç bir münasibət göstərmirlər". "OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi ekspert Xəyal Bəşirov səsləndirib. Ekspert haqlı olaraq aşağıdakı fikirləri söyləyib: "Niyə yığışıb erməni səsini daha tez eşidən beynəlxalq ictimaiyyətə, çoxüzlü beynəlxalq təşkilatlara bəyanat ünvanlamırlar?! Yoxsa ki, bu dövlət, onlara yalnız firavan yaşayıb xoşbəxt ömür sürmək üçün lazımdır!? Yoxsa onlar bu səssizliklə əslində Ermənistanın vəhşiliklərinə haqq qazandırırlar!? Yoxsa onlar bununla, istər Ermənistanda, istər Azərbaycanda və istərsə də dünyanın istənilən nöqtəsində yaşasın, fərqi yoxdur, bir erməni ermənidir və problem xislətdədir demək istəyirlər!"
Ekspert hesab edir ki, ölkəmizin tolerant prinsiplərindən, multikultural dəyərlərindən geninə-boluna istifadə edən bir çoxları kimi, erməni əslli on minlərlə insan da, Azərbaycandan on illiklər boyu aldıqlarının müqabilində bu gün zərrə qədər də olsa həqiqətə və ədalətə söykənən mövqe nümayiş etdirməlidirlər: "Azərbaycanın haqq mübarizəsində onun yanında olduqlarını və onun haqq səsinə səs verdiklərini ortaya qoymalıdırlar! Uca Tanrı Azərbaycanı, xalqımızı və ordumuzu qorusun!".