Avtobusların üzərində “Qarabağ Azərbaycandı! şüarı yazıldı - FOTO
14 Oktyabr 2020 12:32 SosialPaytaxtda xəttə çıxan marşrut avtobuslarının bəziləri qeyri-adi tərtibatı ilə sərnişinlərin diqqətini çəkir.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumatda qeyd olunub.
Belə ki, Avtobusların üzərinə "Qarabağ Azərbaycandır!" və "Qələbə Bizimlədir!" şüarı yazılıb. Həmçinin, dövlət bayrağı və ölkəmizin xəritəsi əks olunub. Avtobusların vətənpərvərlik mövzusunda tərtibatı böyük marağa səbəbə olub.
Məlumata görə, aksiyanın keçirilməsində məqsəd cəmiyyətimizdə mövcud olan yüksək vətənpərvərlik ruhunu daha da artırmaqdır. Qeyd edək ki, bu tərtibatda avtobuslar 13 və 14 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31