Baş Prokurorluq: 18 gündə 43 mülki şəxs öldürülüb
Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermis itkilərlə bağlı son məlumat açıqlanıb.
14 Oktyabr 2020 12:12 SosialErmənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermis itkilərlə bağlı son məlumat açıqlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, bu günədək həlak olmuş şəxslərin sayı 43, yaralanmış şəxslərin sayı isə 214 nəfər təşkil edir. Bundan başqa, yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı 1505, yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının sayı 66, yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı isə 277 təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31