COVID-19-un beyinə nüfuzetmə xüsusiyyəti aşkarlanıb
Koronavirus insan beyninə nüfuz edə bilir.
10 Oktyabr 2020 14:06 SosialKoronavirus insan beyninə nüfuz edə bilir.
"The Lancet"in məlumatına görə, Almaniyanın "Hamburg-Eppendorf" Universitetinin mütəxəssisləri bu barədə xəbərdarlıq ediblər.
Alimlər koronavirusdan vəfat edən 51-94 yaş arasındakı insanların ekspertizasını həyata keçiriblər. Nəticədə, 43 yarılma hadisəsinin 53 faizində beyin hüceyrələrində və neyronlarda koronavirus aşkar edilib. Daha 14 faizində işemik zədələr, 86 faizində astroglioz müəyyən edilib.
Bununla belə, tədqiqatçılar COVID-19-un beyində ciddi dəyişikliklər etmədiyini və mərkəzi sinir sisteminə dağıdıcı təsir göstərmədiyini vurğulayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31