"Facebook"un işində qüsurlar yaranıb

"Facebook" sosial şəbəkəsinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.

Bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, "Facebook"un işində texniki qüsurlar əsasən Böyük Britaniya, ABŞ, Macarıstan və Niderlandda müşahidə edilib.

İstifadəçilərin təxminən 53 faizi xəbər lentinin yenilənməsində, 23 faizi sosial şəbəkəyə daxil olmaqda problemlərlə üzləşiblər, 23 faizi isə "Facebook"un tamamilə sıradan çıxmasından şikayət ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31