Metropolitençilərdən Milli Orduya dəstək

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətin kollektivi Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına 77 min 912 manat məbləğində  ianə köçürüb. Bu barədə məlumat "OLAYLAR"-a qurumun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, metropolitençilər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən şanlı Ordumuzla qürur duyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31