“Azərpoçt” Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbuluna başlayıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC bütün poçt şöbələrində və "Şəbəkə" xidmət mərkəzlərində Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbuluna başlayıb.
1 Oktyabr 2020 17:41 SosialNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC bütün poçt şöbələrində və "Şəbəkə" xidmət mərkəzlərində Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbuluna başlayıb.
Bu barədə "OLAYLAR"- a nazirlikdən bildirilib.
Məlumata görə, Fonda köçürülən vəsaitlərə görə xidmət haqqı nəzərdə tutulmayıb. Bu ödənişlərin ləğv imkanı isə yoxdur.
İanələr hüquqi şəxslər tərəfindən edildikdə sistemə təşkilatın VÖEN-i, fiziki şəxslər tərəfindən isə şəxsiyyət vəsiqəsinin nömrəsi daxil edilməklə icra olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31