Ceyhun Bayramov Xarici işlər naziri təyin edildi
16 İyul 2020 15:25 SosialPrezident İlham Əliyev C.Ə.Bayramovun Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilsin.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsindən azad edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31