Tovuzlular orduya dəstək üçün sərhədə axışdı
12 İyul 2020 21:17 Sosialİşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Tovuz rayonu ilə sərhəddə yaşanan insidentdən sonra bir qrup rayon sakini ordumuza dəstək məqsədi ilə düşmənlə sərhəddə getməyə cəhd edib.
Məlumata görə insanların qarşısını polis alıb.
Bununla yanaşı rayon sakinləri daima ordumuzun yanında olduqlarını, istənilən an ərazilərimizin müdafiəsi uğrunda döyüşə hazır olduqlarını ifadə ediblər.
Aparılan söhbətlərdən sonra insanlar ərazidən uzaqlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31