BNA-dan Aprel zəfəri ilə bağlı aksiya

Bakı Nəqliyyat Agentliyi Ordumuzun şanlı aprel qələbələrinin ildönümü günü "Bir bayraq altında birləşək" aksiyasına başlayıb. Agentlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, məqsəd, qlobal pandemiya ilə mübarizə apardığımız dönəmdə hər kəsi qürur mənbəyimiz olan bayraq altında birləşməsinə nail olmaqdır. Məhz, milli birliyimizlə qarşımıza çıxan bütün çətinlikləri aşa bilərik.

"Dövlət qurumlarını, təşkilatları, digər ictimai xadimləri, eyni zamanda, hər bir vətəndaşı fəaliyyət göstərdikləri və yaşadıqları binalardan bayraq asmağa, milli həmrəylik nümayiş etdirməyə dəvət edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31