Gənclərin mənzil problemi həllinin tapacaqmı?
2 Aprel 2020 12:12 SosialSosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilməsi nəzərdə tutulur. "Olaylar"ın məlumatına görə, bununla bağlı Mənzil Məcəlləsinə dəyişiklik təklif edilir. Məcəllənin 48.1-ci maddəsində yazılıb ki, sosial kirayə müqavilələri əsasında müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Təklif olunan dəyişikliyə əsasən isə, aztəminatlı gənclər də bu siyahıya əlavə edilir. Layihə Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31