Türk Hava Yolları beynəlxalq uçuşlara qoyduğu məhdudiyyəti uzatdı

Koronavirus pandemiyası səbəbindən ölkədaxili və beynəlxalq uçuşları daha əvvəl aprelin 17-nə qədər dayandıran Türkiyənin "Türk Hava Yolları" aviaşirkəti bu müddəti mayın 1-dək uzadıb.

Olaylar.az bildirir ki, bu barədə aviadaşıyıcının rəsmi saytında məlumat verilib.

Mayın 1-nə qədər ölkədaxili reyslər isə yalnız Adana, Ankara, Antalya, Diyarbəkir, Ərzurum, Qaziantəp, İstanbul, İzmir, Kayseri, Konya, Malatya, Samsun, Trabzon və Van şəhərlərinə həyata keçiriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31