Kıvanç COVİD-19 testinin nəticəsini açıqladı
2 Aprel 2020 06:29 SosialKoronavirus infeksiyasına yoluxduğu düşünülən türkiyəli aktyor Kıvanç Tatlıtuğun səhhətindən xəbər var.
Axşam.az xəbər verir ki, aktyor sosial şəbəkədə COVİD-19 testinin nəticələrini açıqlayıb:
"Yüksək hərarət və öskürək şikayəti ilə getdiyim xəstəxanada ağciyərimdə yüngül sətəlcəm əlaməti aşkar edildi. Buna görə də həkimlərin müşahidəsi altına alındım. Koronavirus testimin nəticələri isə neqativ çıxdı. Son müayinələrdən sonra lazım olarsa, müalicəmi evdə davam etdirəcəyəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31