Biznesə vergi güzəştləri və imtiyazlar veriləcək
1 Aprel 2020 14:24 Sosial( Azərbaycanda biznesə vergi güzəştləri və imtiyazlar veriləcək. "Olaylar" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamına əsasən hazırlanmış "Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyi proqramı"nda öz əksini tapıb. Sənədə əsasən pandemiyanın mənfi təsirləri altında olan və həmçinin bir sıra digər sahələrə də müxtəlif güzəştlər nəzərdə tutulur. Bununla bağlı yekun qərar qəbul edildikdən sonra, həmin güzəştlərin mahiyyəti ictimaiyyətə çatdırılacaq.