Vüqar Rəhimzadə:" Evdə qalmalıyıq, məsuliyyətimizi dərk etməliyik və xalq olaraqbirlikdə güclü olduğumuzu bir daha sübut etməliyik

"Son məlumatlara görə, dünyanın 200-dək ölkəsində790 minə qədər yoluxma və 37 mindən çox ölümhadisəsi var. Xəstəlik hallarının sayına görəkoronavirusdan ən çox təsirlənən bölgələr ABŞ, Çin, Cənubi Koreya, İtaliya, İspaniya, Almaniya, Fransa, İsveçrə kimi Avropa ölkələri və İrandır. Azərbaycandaisə Prezident İlham Əliyevin zamanında verdiyitapşırıqlara əsasən görülən işlərin nəticəsindəkoronavirusun ilkin dalğası böyük zərbələr burabilmədi". Bunu Olaylar.az -a YAP Siyasi Şurasının üzvü, "İkisahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, koronavirusa qarşımübarizədə Azərbaycandakı vəziyyət digər ölkələrləmüqayisədə daha stabildir və nümunəvidir: "Bu nümunəviliyin əsas meyarını dövlətin öz vətəndaşınasağlam münasibətində görə bilirik. Təşkil olunan çarterreysləri ilə vətəndaşlarımızın nizamlı qaydada xariciölkələrdən təxliyəsi, Vətənə gətirilən insanlarınkarantində saxlanılması üçün yaradılan şərait dövlətinöz vətəndaşına göstərdiyi nümunəvi davranışdır. Bütünbunlarla bərabər, yeni növ koronavirus infeksiyası iləmübarizə tədbirlərində iştirak edən tibb işçilərininsosial müdafiəsinin gücləndirilməsi haqqındaAzərbaycan Prezidentinin Sərəncamı da bütünxalqımız tərəfindən böyük rəğbətlə qarşılanıb vəvaxtında atılmış addım kimi yüksək qiymətləndirilir. Eyni zamanda koronavirusla mübarizə fondununtaradılması, 575 çarpayılıq yeni klinikanın açılışı və s. onu göstərir ki, Azərbaycanda pandemiya ilə mübarizəən yüksək səviyyətə təşkil olunub. Amma bu o deməkdeyil ki, təhlükə sovuşub və biz rahatlaşmalıyıq". 

Vüqar Rəhimzadə vurğulayıb ki, koronavirusun genişyayılmasının qarşısını almaq məqsədilə ölkəmizdəbütün addımlar atılır və tətbiq olunan xüsusi karantinrejimi də vətəndaşlarımızın sağlamlığının qorunmasınaxidmət edir: "Lakin hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına və tələblərinəmaksimum şəkildə riayət etsin. Hər bir vətəndaş beləbir çətin vəziyyətdə məsuliyyətini dərk etməlidir, qəbulolunan qaydalara, verilən tövsiyələrə riayət etməlidir, məsələyə həssas yanaşmalıdır. Bir insanınməsuliyyətsizliyi nəticəsində ətrafdakı onlarla insanvirusa yoluxma təhlükəsi ilə üz-üzə qala bilər. Yenikoronavirusun yayıldığı hər bir ölkə real təhlükəmərhələsinə qədəm qoyub, yoluxma və ölümlərin sayıartır və bundan sonra da çoxalacağı ehtimal olunur. Buna görə də vətəndaşlar nəzərə almalıdırlar ki, hərdəfə evdənçıxma, hər bir kənar şəxslə təmasinfeksiyaya yoluxma və ölüm təhlükəsi deməkdir. Buna görə də vətəndaşlar məsuliyyətlə davranmalı, qaydalara əməl etməklə həm özlərini, həm dəyaxınlarını xəstəlikdən qorumalı və ətrafdakıları risk altına qoymamalıdırlar".

"Koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrəinkişaf edir və məsuliyyətsiz davranılacağı, qaydalarariayət olunmayacağı təqdirdə daha da pisləşə bilər. Çünki, ölkə və vətəndaşlar real təhlükə mərhələsinəqədəm qoyub" - deyən Vüqar Rəhimzadə əlavə edibki, yoluxma və ölümlərin sayı artır, bundan sonra da çoxalacağı ehtimal olunur. Ona görə də, hər bir insanözünü və ətrafını qorumalıdır. Hər bir məsuliyyətsizdavranma, hər bir qayda pozuntusu xəstələnmək və özhəyatını, ətrafını risk altına atmaq deməkdir. Xahişedirəm ki, insanlarımız ehtiyac olmadığı təqdirdəevdən çıxmasınlar, karantin qaydalarına əməl etsinlər. Evdə qalmalıyıq, məsuliyyətimizi dərk etməliyik vəxalq olaraq birlikdə güclü olduğumuzu bir daha sübut etməliyik.

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31