Equinor” şirkəti “Qarabağ” yatağının işlənməsində iştirakını təsdiqlədi
31 Mart 2020 16:00 SosialSOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin "Equinor" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Favad Qurayşini qəbul edib. Şirkətdən "OLAYLAR"-a bilditilib ki, görüşdə "Qarabağ" yatağının kəşfindən irəli gələn məsələlər müzakirə olunmuş, yeni istiqamətlərdə, o cümlədən sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində SOCAR və "Equinor Apsheron AS" şirkətiləri arasında SƏTƏM istiqamətimdə səylərin gücləndirilməsi məqsədi ilə yeni əməkdaşlıq sazişi imzalanıb. Yeni saziş SOCAR və "Equinor Apsheron" şirkətlərinin həm müstəqil olaraq, həm də birgə həyata keçirəcəkləri layihələrdə texniki təhlükəsizlik, yanğından mühafizə, sağlamlıq və ətraf mühitin mühafizəsi, nəqliyyat təhlükəsizliyi və qəza-xilasetmə xidmətlərini əhatə edir. Sənədi SOCAR-ın pezidenti R.Abdullayev və "Equinor" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri F.Qurayşi imzalayıblar.