Dövlət əmlakının idarə edilməsilə bağlı hesabatların müddəti uzadıldı
31 Mart 2020 14:31 SosialDövlət müəssisə və təşkilatları tərəfindən "Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forma" sı hər il aprelin 1-dək Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilir. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar hesabatın təqdim olunması müddəti mayın 1-dək uzadılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31