ƏƏSMN-nin Çağrı Mərkəzinə 20 min 253 müraciət daxil olub
31 Mart 2020 13:34 SosialMartın 24-30-da Bakı və respublikanın bölgələri üzrə vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə 20 min 253 müraciət daxil olub. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, onlardan 4555-ni sosial xidmətlərin göstərilməsi ilə bağlı müraciətlər təşkil edib. Müraciətlər əsasında 2208 şəxsin tənha yaşı 65-dən yuxarı şəxslər olduğu nəzərə alınmaqla, onlara sosial xidmətçilər tərəfindən evlərində sosial məişət xidmətlərinin göstərilməsinə başlanıb.
Beləliklə, evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb. Həmin vətəndaşlara könüllülərin də dəstəyi ilə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaitləri ilə əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməkliklər göstərilir.