Məşhur aparıcı “Maşın”da qazandığı avtomobillə qəza keçirdi
31 Mart 2020 10:09 SosialTanınmış aktrisa və aparıcı Xəyalə Quliyevanın "Maşın" şouda udduğu avtomobildə qəza keçirməsi ilə bağlı xəbərlər yayılıb.
Publika.az xəbər verir ki, aktrisa məşhur şouda qazandığı avtomobildə qəza keçirməsi ilə bağlı yayılan xəbərlərə instaqramda cavab verib: "Dostlar, xəbərlərdə maşınımla qəza keçirdiyimi yazıblar. Dostlarım da haqlı olaraq narahat olub, mənə yazırlar. Demək istəyirəm ki, mən də yaxşıyam, maşın da. "Qəza" sözü bir az böyük səslənib. Sadəcə azacıq buferini sürtmüşdüm, o da düzəldi. Yəni, olan şeydir, narahatlığa səbəb yoxdur. Maraqlandığınız üçün təşəkkür edirəm"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31