Karantində işləyən həkim əhaliyə çağırış etdi: “Yoluxma ildırımsürətli ola bilər”

Koronavirus epidemiyasının yayılması ilə əlaqədar olaraq qadağalar sərtləşdirilib. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov əahlini karantin rejiminə əməl etməyə çağırıb: "20 günlük müddətdə həmrəylik göstərib bu rejimə əməl etsək inanıram ki, sağalma sayı sürətlə artacaq və dinamika dəyişəcək". O bildirib ki, bu gün ölkədə koronavirusa yoluxmanın sürəti sağalmanın sürətini dəfələrlə üstələyir: "Bu dinamikanı dəyişsək, yəni sağalmanın sürətini artırsaq 20 gündən sonra sərbəstləşmə tədricən verilə bilər". Bakı xəstəxanalarının birində karantin rejimində çalışan həkim Aydın Əliyev özünün "facebook" səhifəsində əhaliyə müraciət edərək vəziyyətin ciddiliyini nəzərə almağı xahiş edib: "Əziz dostlar! Mən karantin xəstəxanasında çalışan bir həkim kimi hər kəsdən xahiş edirəm! Tələb edirəm! Yalvarıram! Necə istəyirsiz qəbul edin! Məsələ çox ciddidir! Böyük əksəriyyət başa düşmür təəssüf ki! Koronavirusla bağlı qərargahın qərarlarına mütləq şəkildə hətta artıqlaması ilə əməl etmək çox vacibdir! Biz həkimlər bunun nə ilə nəticələnə biləcəyini görürük, ona görə də çox narahatıq! Hamı evdə qalsın! Heç kim bayıra çıxmasın! Yoluxma ildırımsürətli artım ola bilər! Ən böyük dövlətlər belə aciz qalır bunun qarşısında! Artım çox olsa nə dərman, nə həkim sayı, nə də digər tibbi personal sayı çatışmayacaq! Allah hamımıza kömək olsun!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31