Evdə qal-Oqtay Mədətov
30 Mart 2020 21:36 SosialOQTAY MƏDƏTOV
14 saylı VƏKİL BÜROSUNUN VƏKİLİ
Yazıçılar Birliyinin üzvü
İş böyüdü, Qərar gəldi sonunda:
-Aman gündü, virus düşər, evdə qal.
Ara saxla dost-tanışın yanında,
Şeşələnmə təşər-təşər, evdə qal.
Aman gündü, virus düşər, evdə qal.
xxx
Niyə danaq, nə sonu, nə ucu var,
Qorxu bilməz hökmüdardı, tacı var,
Amansızdı, hər hökmündə acı var,
Həfəs gəlməz, ciyər şişər, evdə qal.
Aman gündü, virus düşər, evdə qal.
xxx
Bu bəd bəla gizli gələr, car etməz,
Nə varınnan, nə yaşınnan ar etməz,
Gecikdinsə dava-dərman kar etməz,
Həkimlərin ha əlləşər, evdə qal
Aman gündü, virus düşər, evdə qal.
xxx
Zarafatı həm sən burax, həm də mən,
Tab etməmiş qol zoruna güvənən,
Biz deyilik təkcə səbri tükənən,
Cana doyub dözür bəşər, evdə qal.
Aman gündü, virus düşər, evdə qal.
xxx
Oqtay tab et,- bu dünyanın yarası,
Ürək dağlar məsum gözün qorası,
Belə qalmaz, tapılacaq çarasi
Zaman keçər, gün dəyişər, evdə qal.
Aman gündü, virus düşər, evdə qal.