Neftçala Rayon İcra Hakimiyyətində onlayn qaydada vətəndaşların qəbulu keçirilib

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus pandemiyası ilə bağlı qərarını nəzərə alaraq, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və bir sıra İcra Hakimiyyəti əməkdaşları tərəfindən vətəndaşların qəbulu onlayn qaydada həyata keçirilib.

"OLAYLAR" Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, görüşlər Neftçala şəhər və kəndlərinin sakinləri ilə baş tutub.

Qeyd edək ki, mart ay ərzində vətəndaşlarla ümumilikdə onlayn və canlı formada 4 rəsmi qəbul həyata keçirilib. Görüşlər növbəlilik prinsipi qorunmaqla mütəmadi olaraq həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31