Deputat: “Azərbaycan Bayrağı” ordeni alan şəhidlərin ailələrinə də təqaüd verilsin”
30 Mart 2020 16:14 Sosial"Azərbaycan Bayrağı" ordeni Milli Qəhrəman adından sonra 2-ci ali ordendir. Amma bu ordenlə təltif edilmiş şəhid ailələrinə heç bir maddi təqaüd verilmir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Məlahət İbrahimqızı Milli Məclisin bu gün keçirilən iclasında deyib. Millət vəkili təklif edib ki, "Azərbaycan Bayrağı" ordeni alan şəhidlərin ailələrinə də təqaüd verilsin: "Mənim seçicilərim arasında bir ana var ki, iki övladı şəhid olub. Bizim üçün bütün şəhidlərimiz dəyərlidir. Amma Milli Qəhrəman ailələri kimi, "Azərbaycan Bayrağı" ordeni alan şəhidlərin ailələrinə də təqaüd verilməsi yaxşı olardı".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31