Koronavirus yaşayan orqanizm deyil – İnfeksiyanı yox edən vasitələr açıqlandı
30 Mart 2020 12:58 SosialDünyada sürətlə yayılan koronavirus epidemiyasından qorunmaq üçün Amerikanın Con Hopkins Universiteti mükəmməl bir icmal hazırlayıb.
Olaylar.az bildirir ki, universitetin açıqlamasına görə, koronavirus yaşayan bir orqanizma deyil. Burundan, dəridən, və ya üzün hər hansı bir açıq yerindən daxil olduğu təqdirdə genetik kodunu dəyişdirən qoruyucu yağ təbəqəsilə əhatə olunmuş bir protein molekuldur. İnsanın üz, burun yaxud əl yolu ilə qəbul olunduğu zaman bu protein molekulları çoxalmağa başlayıb təhlükəli hal alırılar. Virus yaşayan bir orqanizma olmadığı üçün məhv edilə bilmir, amma, öz-özünə çürüyüb yox olur.
Virus çox həssasdır və onu qoruyan tək şey incə təbəqə halındakı yağ təbəqəsədir. Buna görə də hər hansı bir sabun yaxud xlor ən yaxşı mübarizə üsuludur. 20 saniyə əlləri yuyun deməklərinin səbəbi bu zaman yaranan köpüyün yağı yox etməsidir. Buna görə də əlləri dirsəklərə qədər bol-bol 20 saniyə və ya daha uzun müddət sabunlayıb köpükləndirmək lazımdır. Bu zaman protein təbəqəsinin üzərindəki yağ çürüyüb yox olur.
İstinin yağı əritdiyi məlum məslədir. Buna görə də minumum 25 dərəcə suyla əllərimizi, 30 dərəcədən az olmayan suyla isə paltarlarımızı yumaq məsləhət görülür. İsti su daha çox köpük yaradır.
65 dərəcədən çox olan spirt və yaxud spirtdən ibarət hər hansı bir məhlul virusun kənarındakı yağ təbəqəsini yox etmək üçün çox faydalıdır.
Dezinfeksiya üçün 1 çay stəkanı xlor və 5 çay stəkanı suyun qarışığı ilə edilən təmizlik birbaşa olaraq proteini əridib yox edir.
Əllərimizi sabunladıqdan sonra spirt və ya xlordan istifadə qorumanı daha çox uzadır.
Con Hopkins Universiteti koronavirusun yox edilməsində heç bir antibyotikin faydası olmadığını bildirir. Çünki virus bir mikrpob kimi yaşayan orqanizma deyil. Aydındır ki, antibyotik isə canlı olmayan heçnəyi yox edə bilməz.
İstifadə etdiyiniz və istifadə etmədiyiniz heç bir geyimi çırpmayın çünki hər hansı bir səthə yapışıb onun daxilinə doğru irəliləyir. Toz almaq üçün istifadə etdiyimiz tükdən düzəldilmiş əşyaları sirkələyərkən tənəffüs aldığımız havada 3 saata qədər asılı qalır. Koronavirusu taxtada 4, metalda 42, plastikdə isə 72 saat yaşayır.
Virus molekulları evlərin və maşınalrın kondisionerində asılı olaraq qalır və yox olmur. Bu virus nəmə və qaranlığa ehtiyac duyur. Buna görə də evinizin havası quru, ilıq və özəlliklə aydınlıq olmalıdır. Belə olan halda virus daha az müddətdə yox olur.
Qoruyucu maskaları dezinfeksiya etsəz belə dəfələrlə istifadə etməyin çünki bu kolojeni yox etdiyi üçün üzdə və dəridə qırışıqlara və hətta dəri xərçənginə səbəb ola bilər.
Sirkənin koronavirusla mübarizədə heç bir faydası yoxdur. Sirkə protein molekulunun üzərindəki qoruyucu yağ təbəqəsini yox edə bilməz.
İçində spirt olan içkilər də sirkə qədər faydasızdır. Çünki ən güclü, ən sərt votka belə sadəcə 40% spirtdən ibarətdir.
İnsan nəfəsində hiss olunan xoşagəlməz qoxunu ardan qaldıran listerine çox faydalıdır. Çünki onun tərkibində 65 % spirt var.
Kütləvi yerlərdə virus daha çox yayılır. İnsanların daha az olduğu və təbii şəkildə, təmiz havalı məkanlarda vaxt keçirin. Evinizdə olan bütün əşyalara toxunduqdan sonra əllərinizi yumağınız məsləhət görülür. Əllərimizi tez-tez sabunla yuduğumuz üçün quruması labüddür buna görə də nəmləndirici kremlərdən istifadə etmək məsləhət görülür. Çünki əllərimiz quruduğu zaman yaranan çatlardan molekullar dərimizə daxil ola bilər.
Uzun dırnaqlarda virus daha təhlükəlidir. Buna görə də tez-tez kəsmək və qısa saxlamaq məsləhət görülür.