Türkiyədə Nəsimiyə həsr olunmuş kitab çapdan çıxıb
30 Mart 2020 11:58 SosialTürkiyədə görkəmli Azərbaycan şairi İmadəddin Nəsimi həsr olunmuş yeni kitab işıq üzü görüb.
Məlumata görə, Alper Kağan Üçerin (Çinar Ata imzası ilə yazılıb-müəll.) "Seyyid dopdoğru yol" kitabı "Ötükən" yayın evində çapdan çıxıb. Müəllif kitabı Xocalı soyqrımı qurbanlarının xatirəsinə ithaf edib.
Kitabın ön sözünü Türkiyənin Dil Qurumu başqanı professor Gürer Gülsevin və Azərbaycanın Türkiyədəki fövqəladə səlahiyyətli səfiri Xəzər İbrahim yazıblar.
Qeyd edək ki, bir neçə kitab müəllifi olan Alper Kağan Üçer beynəlxalq münasibətlər üzrə mütəxəssisdir. Onun "Ülkü", "Hangah", "Sarp yokuş", "Asla boyun eğme" kimi kitabları oxucuların rəğbətini qazanıb.


Türkiyədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş daha bir kitab işıq üzü görüb. Olaylar.az-a daxil olan məlumata görə, Alper Kağan Üçerin (Çinar Ata imzası ilə yazılıb-müəll.) "Seyyid dopdoğru yol" kitabı "Ötükən" yayın evində çapdan çıxıb. Qeyd edək ki, bir neçə kitab müəllifi olan Alper Kağan Üçer beynəlxalq münasibətlər üzrə mütəxəssisdir. Onun "Ülkü", "Hangah", "Sarp yokuş", "Asla boyun eğme" kimi kitabları oxucuların rəğbətini qazanıb.