İcbari tibbi sığortanın tətbiqi müddəti uzadıldı

Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılıb. "Olaylar" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında "Tibbi sığorta" haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunmalı idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31