Bakı Konqres Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50.000 AZN məbləğində ianə ayırdı
30 Mart 2020 11:52 SosialAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Bakı Konqres Mərkəzi də cənab Prezidentin çağırışını qəbul edərək, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50.000 AZN dəyərində ianə ayırıb. Bu barədə məlumat "OLAYLAR" -a Bakı Konqres Mərkəzindən daxil olub.
Qeyd edək ki, Bakı Konqres Mərkəzində Mart və Aprel aylarında nəzərdə tutulan tədbirlər artıq təxirə salınıb. İnanırıq ki, Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə riayət edərək bu çətinliyin öhdəsindən gələcəyik.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31