Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadıldı
30 Mart 2020 11:45 SosialAzərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılıb.
Bu barədə məsələ "Azərbaycan Respublikasının vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişiklik Milli Məclisin bu gün keçiriləcək plenar iclasında müzakirəyə çıxarılıb və səsə qoyularaq qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31