Tanınmış azərbaycanlı aparıcı koronavirusa YOLUXDU: “Haqqınızı halal edin”
30 Mart 2020 10:25 SosialAzərbaycanlı jurnalist, ARB kanalında "Show news" verilişinin aparıcısı İsa Şükürov koronavirusa tutulub.
Publika.az xəbər verir ki, bu barədə İsa Şükürov yarım milyonluq instaqramda hesabında məlumat verib:
"Haqqınızı halal edin! Kədərlənərək qeyd edəcəm ki, bu gün #Covid-19 #KoronaVirus testi etdirdim və 6 saatdan sonra pozitiv olduğu bildirildi. İndi artıq xəstəxanada karantin altındayam, əlbəttə çalışacam mümkün qədər tez-tez vəziyyətimlə bağlı narahat olanları məlumatlandırım. Bəlkə uzun bir müddət sizinlə bərabər ola bilməyəcəm. Mən özümü qoruya bilmədim. Siz qoruyun! Belə bir paylaşım etməmək üçün..."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31