Ukraynada iki nazir istefa verdi
30 Mart 2020 08:19 SosialAzərbaycanda bağlanma qərarı gözəllik salonları ilə bərbərxanalara da aiddir - Rəsmi
Xüsusi karantin rejiminin gücləndirilməsi ilə əlaqədar bərbərxana, gözəllik salonlarının da fəaliyyəti dayandırılıb.
Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, bundan başqa, avtomobil təmiri sexləri, oyun salonları və digər əhaliyə yerində xidmət göstərən obyektlərin də fəaliyyəti məhdudlaşdırılıb.
E.Hacıyev əhalidən tətbiq olunan qaydalara əməl etməyi xahiş edib. O, xüsusi karantin rejimi qaydalarını pozanların qanunvericiliyə uyğun cəzalandırılacağını bildirib.
Qeyd edək ki, 29 mart, saat 00:00-dan etibarən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31