Çindən açıqlama - Koronavirusun yayılması dayandırıldı
29 Mart 2020 21:56 SosialÇin hakimiyyəti ölkədə koronavirus epidemiyasının sona çatdığını elan edib.
Medicina.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Mi Fenq açıqlama verib.
"Martın 28-nə olan məlumata görə, təsdiqlənmiş yoluxma hallarının sayı üç mindən azdır. Beləliklə, Çində infeksiyanın yayılması dayandırılıb",- deyə o, epidemiya ilə əlaqədər keçirilən brifinqdə bildirib.
Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların sayı 680 mini keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31