“Alibaba”nın yardım edəcəyi ölkələr arasında Azərbaycan da var

"Jack Ma" və "Alibaba" fondları koronavirusa qarşı mübarizə aparmaq üçün yeddi ölkəyə tibbi yardım göndərəcək.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu ölkələr Azərbaycan, Butan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Vyetnamdır.

Qeyd olunduğu kimi, ümumilikdə bu yeddi ölkə ümumilikdə 1,7 milyon maska, 165 min test dəsti, həmçinin qoruyucu geyim, süni nəfəs aparatı və frontal termometr alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31