"O uşaqdan popkorn almaq lazım idi" - YAP-çı deputatdan maraqlı reaksiya
9 May 2019 16:32 SosialYAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə yeraltı keçiddə pokkorn satan uşaqla bağlı fikirlərini bölüşüb
"Azneft" meydanının altındakı yeraltı keçiddəki popkorn satan uşaq məsələsi məni çox təsirləndirdi. O uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi. Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi.
Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi, qoy verdiyimiz puldan ona az da olsa, həmin gün azacıq da olsa, pul qalaydı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31