Heydər Əliyev Mərkəzinin parkındakı konsert ləğv edildi - SƏBƏB

Bu gün Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək konsert proqramı ləğv edilib.

Bu barədə Metbuat.az-a Mərkəzdən məlumat verilib. Qeyd olunub ki, konsert AzərbaycanRespublikasının Xalq artisti Arif Məlikovun xatirəsinə ehtiram əlaməti olaraq ləğv edilib.

Qeyd edək ki, Xalq artisti, Əməkdar incəsənət xadimi Arif Məlikov bu gün vəfat edib.

Arif Məlikov Azərbaycan musiqi mədəniyyətində mühüm rol oynamış görkəmli şəxsiyyətlərdən biridir. O, müxtəlif janrlarda əsərlər - balet və simfoniyalar, monumental vokal-orkestr əsərləri, kamera-instrumental əsərlər, kino və dram tamaşalarına musiqi, romans və mahnılar, fortepiano silsilələri, operettalar müəllifidir.

Bəstəkarın "Məhəbbət əfsanəsi" baleti dünyanın əksər tanınmış teatrlarının səhnələrində tamaşaya qoyulub. Arif Məlikov 30 ildən artıq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasına rəhbərlik edib, Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31