Müəllim olmaq istəyənlər üçün sınaq imtahanı keçirilir
Müəllim olmaq istəyənlər üçün sınaq imtahanı keçirilir
8 May 2019 13:29 SosialMüəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı nəzərdə tutulan sınaq imtahanına qeydiyyat prosesi davam edir. Təhsil Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, sınaq imtahanında iştirak etmək istəyənlər mayın 11-dək miq.edu.az/sinaq linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.
Sınaq imtahanı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən mayın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31