İftardan dərhal sonra çəkilən siqaret infarkt riskini artırır

İftardan dərhal sonra çəkilən siqaret infarkt riskini artırır

Mütəxəssislər Ramazan ayında siqaretdən istifadə edənləri diqqətli olmağa çağırırlar. Çünki siqaret Ramazan ayında digər dövrlərə nisbətən insan orqanizmi üçün daha çox risk yaradır. "Olaylar"ın məlumına görə, gün boyunca adam ac qalır və iftar yeməyi ürək döyüntülərini sürətləndirir. Buna görə də, qan dövranı sərbəst şəkildə həyata keçməlidir. Bu zaman ərzində siqaret qana qarışsa qan tündləşər. Damarlar üzərində böyük təzyiq yaranar. İftardan dərhal sonra çəkilən siqaret infarkt və damar tıxanıqlığı, beyin qanaması, iflic olma riskini təxminən 10 qat artırır. Oruclu insanın siqareti tərgitməsi isə çox asandır, yalnız bir az səy göstərmək lazımdır. Yadda saxlayın ki, Orucluq ayı insana zərərli vərdişlərdən qurtulmaq üçün bir fürsət verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31