“Acta Orientalia” - Mərkəzi Elmi Kitabxanada
“Acta Orientalia” - Mərkəzi Elmi Kitabxanada
8 May 2019 11:45 SosialAMEA-nın Mərkəzi Elmi Kitabxanasına Macarıstan Elmlər Akademiyasının "Acta Orientalia" jurnalı daxil olub.
Olaylar.az xəbər verir ki, jurnalda Şərq filologiyası və mədəniyyətinə dair ingilis, alman, fransız və rus dillərində olan məqalələr toplanılıb. Təqdim edilən nömrədə "Türk dillərində ümumiləşmə və individuallaşma", "Kiyev şəhərinin qədim türk adı", "Yapon və Altay linqvistikası", "Monqol çobanlarının oyunları", "Monqol şaman mahnıları", "Danimarka kolleksiyasında Qədim Yaxın Şərq Möhürləri", Tibet və Hind-Tibet araşdırmaları üzrə "Tibetdə Ramanın tarixi" adli məqalələr və digər yazılar yer alıb. Eləcə də Akademiya tərəfindən MEK-ə "Keletkutatás" (Şərq araşdırmaları) jurnalı da hədiyyə olunub.
Jurnallar MEK-in elektron kolleksiyaları ilə yanaşı kitabxananın Şərq ədəbiyyatı fondunda da yer alıb. Qeyd edək ki, jurnalların elektron nüsxəsi MEK-in oxu zallarında və ya [email protected] elektron poçtuna göndərilən sorğu vasitəsilə istifadəyə verilir.

.jpg)