Qəbul imtahanların düzgün cavabları internet vasitəsilə yayımlanacaq
Qəbul imtahanların düzgün cavabları internet vasitəsilə yayımlanacaq
8 May 2019 11:32 SosialCari ilin may ayında keçiriləcək yaz qəbul imtahanlarında istifadə olunan tapşırıqların düzgün cavabları internet vasitəsilə canlı yayımlanacaq. Bu barədə Dövlət İmtahan Mərkəzindən verilən məlumatda bildirilib ki, cavablar imtahan keçirilən gün DİM-in Youtube və Facebook hesabları vasitəsilə iştirakçılara təqdim olunacaq. Eyni zamanda, abituriyentlərin sualları da cavablandırılacaq. Xatırladaq ki, qəbul imtahanlarında istifadə olunan tapşırıqların düzgün cavabları ənənəvi olaraq "Space" televiziyasında yayımlanırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31