Bakıda motosikletlə avtomobil toqquşdu, xəsarət alan var - VİDEO

Bakıda motosikletlə avtomobil toqquşdu, xəsarət alan var - VİDEO

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində avtoqəza zamanı 1 nəfər xəsarət alıb.

Gecə saatlarında motosikletçi 22 yaşlı Ağayev Həsən Fərhad oğlu idarəetməni itirərək "VAZ 2106" markalı minik maşınına çırpılıb.

Nəticədə motosiklet sürücüsü yüngül bədən xəsarəti alaraq, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Polis faktla bağlı araşdırma aparır.

BAKU.WS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31