Paytaxtın daha bir neçə istiqamətində rənglənmə işləri aparılacaq
Bakı şəhəri, Yusif Səfərov və Üzeyir Hacıbəyov küçələrinin hər iki istiqamətində bu gün saat 22:00-dan 6:00-a kimi üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
6 May 2019 16:34 SosialAvtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Yusif Səfərov və Üzeyir Hacıbəyov küçələrinin hər iki istiqamətində bu gün saat 22:00-dan 6:00-a kimi üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq. Bu barədə məlumat "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Sürücülərdən qeyd olunan vaxt ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31