Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstəriləcək

Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstəriləcək

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Təhsil  müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" layihəsinin icrasına başlayıb. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, 2019-cu ilin may-avqust aylarını əhatə edəcək layihənin məqsədi orta təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə, orta məktəb rəhbərlərinin və müəllimlərinin KİV haqqında qanunvericiliklə daha yaxından tanış olmasına, KİV-lə iş barədə bilik və bacarıqlarının artırılmasına, KİV-lə əməkdaşlıq mühitinin yaradılmasına yardım göstərməkdən ibarətdir.

Layihə çərçivəsində respublikamızın müxtəlif bölgələrində orta məktəblərin rəhbər heyəti və aparıcı pedaqoqlarının, KİV təmsilçilərinin iştirakı ilə "İnformasiya açıqlığının təmin  edilməsi" və "Media ilə iş bacarıqları" mövzularında seminarların təşkili nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31