Növbəti hərrac aprelin 30-da keçiriləcək
Növbəti hərrac aprelin 30-da keçiriləcək
23 Aprel 2019 15:11 SosialƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 30 aprel tarixində keçiriləcək. Komitədən "Olaylar"a bildirilib ki, özəlləşdirmə hərracına ümumilikdə 92 dövlət əmlakı çıxarılıb. Bunlardan 22-si səhmdar cəmiyyəti, 49-u kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 3-ü yarımçıq tikili, 7-si isə nəqliyyat vasitəsidir. Bu dövlət əmlakları üzrə seçim və sifariş etmək üçün komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir. Qeyd edək ki, özəlləşdirməyə çıxarılan dövlət əmlakları üzrə sifarişlər hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək qəbul olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31