Dövlət əmlakı 12 min 500 manata özəlləşdirildi
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 23 aprel tarixində keçirilib.
23 Aprel 2019 15:10 SosialƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 23 aprel tarixində keçirilib. Komitədən "Olaylar"a bildirilib ki, hərracda kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi kateqoriyalarından olan dövlət əmlakları özəlləşdirilib. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektindəki obyektin ümumi faydalı sahəsi 23.3 kv.m-dir. Dülgər sexi kimi fəaliyyət göstərən müəssisə üzrə sifarişi investor elektron formada verib. Hərrac iştirakçısı bu dövlət əmlakını 12 min 500 manata özəlləşdirdi. Özəlləşdirilən qeyri-yaşayış sahəsi paytaxtda yerləşir. Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki bu dövlət əmlakının ümumi faydalı sahəsi 101.5kv.m-dir. Hərracda iştirak edən vətəndaş obyekti 20 min manata özəlləşdirib.