Məscidlərdə dini ayinlərin icrasını həyata keçirən xanımlar yoxdur
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki Hazırda məscidlərə rəhbərlik edən və dini ayinlərin icrasını həyata keçirən xanımlar yoxdur.
16 Aprel 2019 15:05 SosialHazırda məscidlərə rəhbərlik edən və dini ayinlərin icrasını həyata keçirən xanımlar yoxdur. "OLAYLAR" xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı səsləndirib. O. qeyd edib ki, gələcəkdə məscidlərdə xanımların məsciddə dini ayinləri birbaşa idarə edib-etməməsi məsələsi dinimizə və Qafqaz Müsəlmanları İdarəsinə bağlıdır və praktikada hələlik tətbiq olunmur: "Xanımlara aid bəzi mərasimlər var ki, qadın din xadimləri orada iştirak edə, idarə edə bilər. Hazırda bu cür məclisləri idarə edən xanımlar var".
Komitə sədri deyib ki, bütövlükdə bu sahədə xanımların idarəçilikdə iştirakı məsələsi həm Komitə, həm də QMİ tərəfindən müzakirə olunur: "Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 1000-dən bir qədər artıq din xadimi maddi dəstək alır və onların içərisində qadınlar çox cüzidir".