3 dini icmaya qadınlar rəhbərlik edir

Hazırda Azərbaycanda 3 dini icmaya qadın rəhbərlik edir

Hazırda Azərbaycanda 3 dini icmaya qadın rəhbərlik edir. "OLAYLAR" xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı səsləndirib. Komitə sədri inu da bildirib ki, məscidlərdə çalışan din xadimlərinə və dini icmalarda çalışan, fəal olan bu və ya digər dini icma üzvü və ya rəhbəri olan qadınlara da maddi dəstək verilir. Komitə sədrinin sözlərinə görə, Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə müəyyən layihələr həyata keçirilir və bu layihələrdə dini icmalar yaxından iştirak edirlər: "Azərbaycanda din sahəsində çalışan və indi də icma rəhbəri olan xanımlar var. Bizim qadınların bu və ya digər dini xarakterli məclislərində iştirakı üçün xanım din xadimlərinə ehtiyac getdikcə artır. Bunu nəzərə alaraq İlahiyyat İnstitutunda da kadrların hazırlığı aparılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31