Bakıda axtarılan qadının VİDEOsu yayıldı - Otaqda 3 kişinin əhatəsində... - FOTO
15 Aprel 2019 18:51 SosialBakıda qızıl adı ilə saxta zinət əşyaları satan qadın barədə məlumat vermişdik.
Paytaxtda qızılın öncə orijinalını alıcıya göstərən qadın, aralarında razılığa gəldikdən sonra saxtasını ucuz qiymətə müştəriyə satdığı kimi eyni əməlini Rusiyada da davam etdirib.
Bu olayın üstü Rusiyada yaşayan bir zərərçəkənin "Bizimləsən"ə göndərdiyi videodan sonra açılıb.

Məlum olub ki, qadın eyni üsulla Rusiyada da azərbaycanlılara qarşı cinayət törədib. Sözügedən videoda qadının bu ilin 23 mart tarixində "iş başında" olarkən çəkilmiş görüntüləri əks olunub. Videoda 3 kişinin əhatəsində qadının sərbəst, özünə arxayınlıqla hər kəsi inandırması görənləri məəttəl qoyub.
Bu da həmin kadrlar:
Videonu izləmək üçün şəklə klikləyin:


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31